"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".
 
RePost.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.
 
Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: “Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".
 
Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”
 

Baxış sayı: 2250 | Tarix: 11.10.2020
Bizi Telegramda izləyin: @repostaz