"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciət edib.
 
RePost.Az-ın məlumatına görə, müraciətdə deyilir ki, Dövlət Bayrağı Günü kimi qeyd olunan noyabrın 9-u Azərbaycanda qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq.
 
- Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar
 
-Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar
 
- Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar
 
- Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar
 
- Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar
 
- Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar
 
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 7 və 8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Baxış sayı: 2288 | Tarix: 06.11.2020
Bizi Telegramda izləyin: @repostaz