Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
 
Nazirlər Kabineti bu barədə qərar verib.
 
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.

Baxış sayı: 236 | Tarix: 19.12.2025
Bizi Telegramda izləyin: @repostaz