Rusiya Prezidenti Vladimir Putin sabah Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
 
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
 
Onun sözlərinə görə, Putin 12 dekabrda Türkmənistanın paytaxtı Aşqabadda bir neçə tədbirdə iştirak edəcək.
 
"Sabah prezident Aşqabadda işləyəcək, o, Türkmənistana səfərə hazırlaşır. Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. Prezidentin bu forum çərçivəsində bir sıra ikitərəfli görüşləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü planlaşdırılır", - Kremlin sözçüsü bildirib.
 
Qeyd edək ki, dekabrın 12-də Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Baxış sayı: 236 | Tarix: 11.12.2025
Bizi Telegramda izləyin: @repostaz