Bakıda II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti-Logistika Forumu keçirilir.
 
RePost.Az “APA-Economics”ə istinadən xəbər verir ki, tədbirdə SOCAR, “Petronas”, “KMG Kashagan”, “Pakistan Railways” və “Black Sea Terminal” və digər qurumlar iştirak edir.
 
Məlumata görə, tədbir zamanı Xəzər limanlarının və dəmir yolu şəbəkələrinin neft və neft məhsulların kiın artan həcmlərini qarşılamaq üçün gücləndirilməsi, dəyişən geosiyasi şəraitdə sərhədlərarası enerji ticarətinin mürəkkəb maliyyə və hüquqi mexanizmlərinin idarə olunması və uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün regional əməliyyatların beynəlxalq keyfiyyət və ekoloji standartlara uyğunlaşdırılması kimi məsələlər müzakirə olunacaq

Baxış sayı: 198 | Tarix: 23.04.2026
Bizi Telegramda izləyin: @repostaz