Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
 
"Bakı Metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
 
12.44
 
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
 
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
 
Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.
 
***
 
12.35
 
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
 
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
 
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
 
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
 
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Baxış sayı: 293 | Tarix: 21.04.2026
Bizi Telegramda izləyin: @repostaz