Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən azalma müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,38% azalaraq 77 951 dollar səviyyəsində qərarlaşıb.
İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 1,72% ucuzlaşaraq 2 348 dollar olub.
Digər əsas kriptovalyutalar arasında BNB 0,92% azalaraq 636 dollar, XRP 2,48% geriləyərək 1,41 dollar, Solana 2,12% azalaraq 86 dollar, Dogecoin isə 1,10% enərək 0,096 dollar səviyyəsinə düşüb.
Stabil kriptovalyutalar arasında Tether 0,01% artaraq 1 dollar, USD Coin isə dəyişməyərək 0,9997 dollar səviyyəsində qalıb.
Qeyd edək ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,05% artaraq 2,6 trilyon ABŞ dollarına çatıb.