24–25 aprel tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci ölkə birinciliyi keçirilib.
RePost.Az xəbər verir ki, yarışlarda Zaur Dadaşovun yetirmələri xüsusilə fərqləniblər.
Belə ki, azyaşlılar arasında Sumqayıt təmsilçisi Səid Seyidli çoxnövçülük yarışlarında üçüncü yerə layiq görülüb. Perspektivli gimnast çıxışı ilə diqqət çəkərək bürünc medal qazanıb.