Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
 
RePost.Az-ın xəbərinə görə, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Baxış sayı: 2630 | Tarix: 10.12.2020
Bizi Telegramda izləyin: @repostaz