Alimlər həyəcanverici bir açıqlama ilə çıxış ediblər. Belə ki, artıq bu gün bütün planet altı gün boyunca - 22 dekabra qədər qaranlığa qərq ola bilər.
 
RePost.Az oxu.az-a istinadən bildirir ki, bunun səbəbi Günəşdə baş verəcək güclü partlayışlardır. Bu, son 300 ildə ən güclü maqnit fırtınasına gətirib çıxaracaq.
 
Onun təsirini istisnasız olaraq hər kəs hiss edəcək. Elektrik kəsintiləri, internetdə fasilələrlə yanaşı səhhətdə də bir sıra problemlər, o cümlədən baş ağrıları yaranacaq.
 
Bundan əlavə, bəzi ölkələrin sakinləri səmada müxtəlif işıqlar və parıltılar müşahidə edə biləcəklər.
 
Bəzi mütəxəssislər isə belə qiyamət ssenarisinin çox şişirdildiyini söyləyir. Onların sözlərinə görə, əlbəttə, elektrotexnikanın işində kəsintilər və səhhətdə müəyyən narahatlıqlar yaranacaq, amma Yer üzünün tamamilə qaranlığı qərq olmasından söhbət getmir.

Baxış sayı: 3447 | Tarix: 19.12.2020
Bizi Telegramda izləyin: @repostaz