Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb,  3 190 nəfər vəfat edib, aktiv xəstə sayı  2 175 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 216, ötən müddət ərzində isə ümumilikdə 2 528 610 test aparılıb.

Baxış sayı: 2934 | Tarix: 18.02.2021
Bizi Telegramda izləyin: @repostaz