Bakıda başına dəmir düşməsi nəticəsində dünyasını dəyişən qızın fotosu yayılıb.
 
RePost.Az xəbər verir ki, Namətova Şəfəqin fotoları sosial şəbəkələrdə paylaşılıb.
 
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində Namətova Şəfəqin başına dəmir düşüb və qadın hadisə yerində dünyasını dəyişib. 
 
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.
 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Şəfəqin fotolarını təqdim edirik:

Baxış sayı: 1699 | Tarix: 10.03.2021
Bizi Telegramda izləyin: @repostaz