Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən  23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.
 
Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Baxış sayı: 2896 | Tarix: 20.04.2021
Bizi Telegramda izləyin: @repostaz