İşsiz vətəndaşlar peşə hazırlığa kursuna cəlb olunarkən onlara 250 manat, yəni minimum əmək haqqı həcmində təqaüd təyin olunur.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində "Sosial Saat" verilişində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bildirib.
 
Onun sözlərinə görə, işsizlərin əmək kitabçalarının forması və onun tərtibi qaydalarına uyğun olaraq əmək kitabçası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluğu Agentliyi tərəfindən verilir:
 
“İşsiz şəxs aktiv məşğulluq tədbirlərinə, peşə hazırlığına cəlb olunubsa, onun işsizlikdən sığorta ödənişi dövrü, eyni zamanda bu və ya digər aktiv məşğulluq proqramlarına cəlb olunduğu dövr əmək kitabçasına əmək stajı müddəti müvafiq ərazi məşğulluq mərkəzi tərəfindən qeydlər aparılmaqla yazılır”.

Baxış sayı: 3086 | Tarix: 23.04.2021
Bizi Telegramda izləyin: @repostaz