ABŞ Prezidenti Co Bayden 11 il əvvəl 1915-ci il hadisələrinə münasibət bildirərək baş verənlərin “soyqırımı” kimi tanınmamasının bilavasitə Ermənistanın istəyinə uyğun olduğunu bildirib.
 
“Haber Global”ın bu barədə təqdim etdiyi videoda o, “Həqiqətlər gec-tez qarşınıza çıxar” deyib.
 
Təqdim olunan gizli görüntülərdə Bayden “Ermənistan prezidenti mənə zəng etdi və bu mövzunu açmamağı istədi, bu mövzunun keçmişdə qaldığını bildirdi” deyir.
 
Həmin vaxt Co Bayden ABŞ-ın vitse-prezidenti idi.

Baxış sayı: 3257 | Tarix: 24.04.2021
Bizi Telegramda izləyin: @repostaz