Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.
 
RePost.Az Unikal.org-a istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəmizə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.
 
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdi.
 
Xatırladaq ki, A.Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.

Baxış sayı: 3276 | Tarix: 30.04.2021
Bizi Telegramda izləyin: @repostaz