Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib.
 
RePost.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
 
O bildirib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub.
 
“Eləcə də mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”, - deyə V.Kərimli qeyd edib.

Baxış sayı: 2858 | Tarix: 17.05.2021
Bizi Telegramda izləyin: @repostaz