Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
 
RePost.Az xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.
 
Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.
 
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 
Qurumdan RePost.Az-a verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

Baxış sayı: 3143 | Tarix: 16.06.2021
Bizi Telegramda izləyin: @repostaz