Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölüm olmayıb.
 
İndiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparılıb.
 

Baxış sayı: 3200 | Tarix: 26.06.2021
Bizi Telegramda izləyin: @repostaz