Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.
 
RePost.Az-ın xəbərinə görə, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı, rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.
 
Avqustun 11-də dövlət qulluğuna qəbul imtahanı (B növü), ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçiriləcək.
 
Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı baş tutacaq.

Baxış sayı: 3200 | Tarix: 05.07.2021
Bizi Telegramda izləyin: @repostaz