Füzuli rayon, Mahmudlu-2 kəndində yerləşən “Zəfər” məscidinin yolu asfaltlanıb və sonda 70 şəhid ailəsinin iştirak etdiyi ehsan verilib.

RePost.Az xəbər verir ki, daha çox el arasında “Şəhidlər” və ya “Zəfər” məscidi kimi tanınan, Füzuli rayonu, Mahmudlu-2 kənd məscidi İkinci Vətən Müharibəsində şəhid olan bir çox əsgərlərimizin son mənzilə uğurlandığı məkan olub.

"Zəfər" məscidində uzun zamandır bərpa işləri həyata keçirilirdi. Artıq yol örtüyünün asfatlanması prossesilə bərpa işləri tam yekunlaşmışdır. Bütün işlər yekunlaşdıqdan sonra məsciddə ehsan verilmiş və həmin ehsanda 70 şəhid ailəsi iştirak edib.

 


Baxış sayı: 5233 | Tarix: 22.07.2021
Bizi Telegramda izləyin: @repostaz