1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.
 
RePost.Az “qaynarinfo”ya istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.
 
Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahiyyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə qoşulub.
 
"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb” deyə "Semaşko"dan Qaynarinfo-ya bildirilib.
 
Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.
 
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:
 
"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.

Baxış sayı: 3048 | Tarix: 23.08.2021
Bizi Telegramda izləyin: @repostaz