Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
ETSN-dən RePost.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.
 
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-35% olacaq.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

Baxış sayı: 4720 | Tarix: 23.08.2021
Bizi Telegramda izləyin: @repostaz