Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir.
 
DİN Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumata görə, mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə profilaktik söhbətlər aparılır.
 
Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.

Baxış sayı: 3314 | Tarix: 24.08.2021
Bizi Telegramda izləyin: @repostaz