Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq, yağış, bəzi yerlərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Bəzi rayonlarda şimal-qərb küləyi əsəcək, Bakıda və Abşeron yarımadasında güclənəcək.
Bakıda və Abşeron yarımadasına düşən yağıntının miqdarı 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edəcək.
Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olacaq.
RePost.az