Bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan nisbətən ucuz testlərdən istifadə edirlər.
 
RePost.Az xezerxeber.az-a istinadən xəbər verir ki, vətəndaşların fikrincə, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, istifadəsi də daha tez və rahatdır.
 
Əczaçılar da son günlər COVID-19 virusana yoluxanların sayının artması ilə bu testlərə marağın daha çox olduğunu bildiriblər. Hətta bəzi apteklərdən bildirdilər ki, testlər tez satıldığı üçün gündəlik depolardan sifariş verirlər. Əczaçıların sözlərinə görə, testlərin istifadə qaydası da olduqca rahatdır.
 
Bu testlərin qiymətləri isə firma və istehsal ölkəsinə görə dəyişir.
 
Testlərin cavablarının doğruluq dərəcəsinə gəlincə isə, əczaçılar deyir ki, test birbaşa qanla götürüldüyünə görə doğru olma payı yüksəkdir.
 
TƏBİB-dən isə bildirildi ki, dünyada, eləcə də ölkəmizdə COVID-19-un təsdiqedici nəticəsi olaraq yalnız PCR testi hesab edilir.
 
Qeyd edək ki, PCR testinin nümunəsi laboratoriya şəraitində emal edilərək hazırlanmış nəticəni verir. Ekspres nümunələrlə laborator şəraitdə nəticə əldə edilmədiyindən rəsmi olaraq virusun təsdiqedicisi hesab olunmur.

Baxış sayı: 4340 | Tarix: 02.09.2021
Bizi Telegramda izləyin: @repostaz