II Qarabağ müharibəsi zamanı şəhid olan Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova ali məktəbə daxil olub.
 
RePost.Az xəbər verir ki, bu haqda Əzizə sosial şəbəkə hesabında məlumat verib. O, şəxsi instaqram hesabında qəbul olduğu universitetin  və ixtiasının adını paylaşaraq bunları yazıb:
 
“Oxumaq heç vaxt gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğura imza atdım”.

Baxış sayı: 3561 | Tarix: 04.09.2021
Bizi Telegramda izləyin: @repostaz