Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
 
Xidmətin rəsmisi Vaqif Cavadov RePost.Az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
 
O qeyd edib kİ, araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub: "Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib".

Baxış sayı: 3200 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz