Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Baxış sayı: 1699 | Tarix: 16.09.2021
Bizi Telegramda izləyin: @repostaz