Bir neçə gün əvvəl azərbaycanlı gəncin kazinoda 334 min avro qazanması barədə xəbər verilmişdi. Azərbaycanın ən adlı-sanlı qumarbazı hesab olunan Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsində final masasına əyləşmək hüququ qazanmışdı. Bu azmış kimi Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb.
 
RePost.az Criminal.az saytına istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor Rəfiqə Əliyevanın nəvəsi, tanınmış modelyer Fəxriyyə Xələfovanın bacısı oğludur. 
 
R.Hacıyev məhşur biznesmendir. Bakıda fəaliyyət göstərən məhşur ''Beerbasha'', ''Nakhchivan'' restoranlarının rəhbəridir.
 
Bu yaxınlarda mətbuatda Tbilisinin “Şanqri La” kazinosunda bir neçə saat ərzində 270 min dollar uduzmuş keçmiş deputat Fərhad Qəribov barədə yazılmışdı.
 
RePost.az

Baxış sayı: 6392 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz