"Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani tədris bərpa olunub".
 
RePost.Az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son günə qədər təmir gedən məktəblərdə də işlər tamamlanıb: "Həmin məktəblər bu gün şagirdlərin ixtiyarına verilib. Bu il Bakıda tikilən yeni 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib:
 
"3 məktəbdə isə tikinti işləri davam edir",-deyə BŞTİ müdiri qeyd edib.
 

Baxış sayı: 1509 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz