Avrokubokların qrup mərhələsinin II turu başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.
 
Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.
 
Premyer Liqanın vitse-çempionu II turda Kipr “Omoniya”sını 4:1 hesabı ilə darmadağın edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.
 
Aktivini 19,000-a çatdıran “Qarabağ” 2 pillə irəliləyib. Bu görüşədək Avropada 71-72-ci yerləri bölüşən təmsilçimiz artıq 69-72-ci pillələrə şərikdir.
 
Ağdamlılar “Feyenoord”u (Niderland), ÇFR (Rumıniya) və “Molde” (Norveç) ilə eyni xala malikdir.
 
Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 120,000.

Baxış sayı: 3713 | Tarix: 01.10.2021
Bizi Telegramda izləyin: @repostaz