Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
 
RePost.Az "oxu.az"a istinadən xəbər verir ki, Sumqayıt Sərnişin Stansiyasından saat 07:45-də hərəkətə başlamalı olan qatarda nasazlıq olub.
 
Nasazlıq səbəbindən 6006 nömrəli qatar yola düşməyib və həmin qatardakı sərnişinlər düşürülərək, 08:00-da hərəkət edəcək qatara mindirilib.
 
Bu səbəbdən qatarda sərnişin sıxlığı da yaranıb.

Baxış sayı: 1034 | Tarix: 08.10.2021
Bizi Telegramda izləyin: @repostaz