Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib, aktiv xəstə sayı 13241 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, ötən müddət ərzində isə ümumilikdə 4 979 535 test aparılıb.

Baxış sayı: 996 | Tarix: 13.10.2021
Bizi Telegramda izləyin: @repostaz