Azərbaycanda bu günədək 241 sinif distant təhsilə keçirilib.
 
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
 
Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

Baxış sayı: 1718 | Tarix: 14.10.2021
Bizi Telegramda izləyin: @repostaz