Bəzi ərazilərdə qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.
 
RePost.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yeni Binə” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırılıb.
 
Həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatanadək “Qusar” QPS-dən qaz təchizatı dayandırıldı.
 
Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Baxış sayı: 1984 | Tarix: 22.11.2021
Bizi Telegramda izləyin: @repostaz