Azərbaycanda internetin qiymətləri nisbətən bahadır. Bakı və Abşeron zonasında operatorlar müəyyən qədər çox olduğu üçün rəqabət müşahidə olunur.
 
BAKU.WS xəbər verir ki, bəzi provayderlərin qiymətlərində enişlər olsa da ümumilikdə qiymət tariflərində enişlərin olacağı maraqla gözlənilir.
 
Bu məsələyə Bakı Telefon Rabitəsi MMC-nin baş direktorunun müşaviri Şükür Məmmədov münasibət bildirib. Qurum rəsmisi "ARB24"də yayımlanan "İş vaxtı" verilişində deyib ki, məhsulun satış qiymətini onun maya dəyəri müəyyənləşdirir: "Maya dəyərinin aşağı salınması istiqamətində çox ciddi işlər gedir".


Baxış sayı: 4682 | Tarix: 07.12.2021
Bizi Telegramda izləyin: @repostaz