İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
RePost.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Nrimanov rayon icra başçısı vəzifəsindən azad edilərək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Baxış sayı: 3542 | Tarix: 19.01.2022
Bizi Telegramda izləyin: @repostaz