Artıq Şuşa və Ağdama səfər üçün biletlər satışa çıxarılıb.
 
RePost.Az xəbər verir ki, yolumuzqarabaga.az saytı rəsmi olaraq aktivləşdirilib.
 
Qarabağa getmək istəyənlər biletləri saytdan əldə edə bilərlər.
 
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev Bakı-Şuşa-Bakı üzrə bir istiqamət üçün bilet qiymətinin 10 manat 40 qəpik təyin edildiyini bildirmişdi. 
 
Bakı-Ağdam 9,40 AZN, Əhmədbəyli-Şuşa istiqamətinə 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa 6 manat olaraq təyin edilib. 
 
Anar Rzayev bildirib ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə 2 dəfə həyata keçiriləcək.

Baxış sayı: 4017 | Tarix: 21.01.2022
Bizi Telegramda izləyin: @repostaz