Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.
 
İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.
 
Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.
 
Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.

Baxış sayı: 3390 | Tarix: 24.01.2022
Bizi Telegramda izləyin: @repostaz