“Azercell Telekom” MMC abunəçilərinə müraciət edib.

 

Şirkətdən apa-ya verilən məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 3-də təkmilləşdirmə işləri aparılacaq.

 

“Bununla əlaqədar martın 3-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”, - deyə məlumatda vurğulanıb.  

 


Baxış sayı: 3200 | Tarix: 02.03.2017
Bizi Telegramda izləyin: @repostaz