ARB TV-də yayımlanan "Ferma” realiti şousu birdəfəlik bağlanıb.
 
RePost.Az  xəbər verir ki, bu barədə verilişinin aparıcısı Ulvira Qarayeva bildirib.
 
O, verilişin son buraxılışın anonsunda bu barədə danışıb. Bildirib ki, bu zarafat deyil və "Ferma 2" yayımını dayandırır.
 
Bu barədə qafqazinfo-ya aparıcı Yeganə Cansail də danışıb.""Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.
 
Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, "Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.
 
RePost.Az
Mənbə: baku.ws
 


Baxış sayı: 3466 | Tarix: 03.03.2017
Bizi Telegramda izləyin: @repostaz