Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ermənistan üzərindən Ukraynaya göndərilib.
 
RePost.Az Haber Global-a  istinadən xəbər verir ki, Rusiya Suriyadan Ukraynaya döyüşmək üçün muzdlu əsgərlər gətirib.
 
Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutu da müəyyən edilib. Suriyanı tərk edən muzdlular Ermənistana aparılır. Ermənistanın Erebuni aviabazasında toplanan bu əsgərlər Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok şəhərinə gətirildikdən sonra Rusiya komandası ilə birlikdə Ukraynaya göndərilir.

Baxış sayı: 3447 | Tarix: 04.03.2022
Bizi Telegramda izləyin: @repostaz