19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
 
Apasport.az saytının məlumatına görə, yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.
 
Millimiz sloveniyalı yaşıdları ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində Nəriman Axundzadə fərqlənib. Yığmamız bu matçla təlim-məşq toplanışını başa vurub.
 
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Baxış sayı: 4891 | Tarix: 24.03.2022
Bizi Telegramda izləyin: @repostaz