"Artıq etiraf etməliyik ki, Qarabağ Azərbaycanın tərkib hissəidir".

RePost.Az xəbər verir ki, bunu erməni mənşəli Rusiya rejissoru Karen Şahnazarov "Moskva-Baku" dərgisinə müsahibəsində deyib:

"Düşünürəm ki, Qarabağ ermənilərinə özlərini təhlükəsiz hiss etmək və sülh şəraitində inkişaf etmək üçün hər cür imkan yaradılmalıdır. Amma etiraf etməliyik ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Mənə elə gəlir ki, bunsuz heç nə alınmayacaq. Vəziyyətin acınacaqlılığı ondadır ki, Ermənistan bunu heç vaxt rəsmi səviyyədə inkar etməyib. Paşinyan isə bu yaxınlarda hətta birbaşa dedi ki, Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb. Rusiya isə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu inkar etmir. De-fakto olan şey de-yure təsdiqlənməlidir. Biz bununla barışmalıyıq. Amma ermənilərlə azərbaycanlılar arasında münasibətlərin tarixi mürəkkəbliyini nəzərə alaraq, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməlidir ki, onlar daha çox muxtariyyata malik olsunlar", - deyə Şahnazaryan əlavə edib.


Baxış sayı: 4910 | Tarix: 07.04.2022
Bizi Telegramda izləyin: @repostaz