Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.
 
Bunu Report-a açıqlamasında Xalq artisti özü bildirib.
 
O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib evə buraxılacam”.
 
Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə uroloji əməliyyat olmuşdu.

Baxış sayı: 3941 | Tarix: 06.05.2022
Bizi Telegramda izləyin: @repostaz