Bu dəfə "İlhamlı Qələbələr" adlı festival  26 İyun Silahlı Qüvvələr Gününə həsr olunub. Tədbirin baş sponsoru "Atlant" ailəvi istirahət mərkəzi və sponsoru "SAF travel" şirkətidir.
 
Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə dünyaya açılan Azərbaycan hər gün yeni uğurlara imza atır.
Ölkədə aparılan düzgün daxili və xarici siyasət sayəsində artıq dünya dövlətləri Azərbaycana inanır və hər sahədə əməkdaşlığa maraqlıdırlar.
 
44 günlük Vətən müharibəsində də bütün dünya, Azərbaycan xalqının öz prezidenti ətrafında necə sıx birləşdiyinin şahidi oldu. Elə bu birliyin nəticəsi olaraq, işğal olunmuş bütün torpaqlarımız mənfur düşməndən azad olundu və artıq həmin torpaqların sahibləri öz dədə-baba yerlərinə qayıtmaq üçün gün sayırlar.
 
Vətən Müharibəsi başlayan ilk günlərdən “İlhamlı Qələbələr” adlı layihənin təşkilatçalırı bir neçə tanınmış idmançılarla bərabər, ən qaynar nöqtələrdə olmaqla, əsgərlərə imkanları daxilində dəstək olmağa çalışıblar.
 
Qeyd edək ki, bu kimi tədbirlər bu gün də davam edir. Şəhid və qazi ailələrinə bir neçə şirkət, eləcə də xeyirxah vətəndaşların dəstəyi ilə yardımlar olunur.
 
Hal-hazırda qazilər, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında "İlhamlı qələbələr" adlı idman festivalı keçirilir.
 
Layihə çərçivəsində gənclərin və idmanın informasiya portalı olan "BrendSport.az" saytı "Atlant" ailəvi istirahət mərkəzi və "SAF travel" ilə birlikdə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunan Şəhidlərimizin uşaqları və ailələri üçün tədbir keçiriblər.
 
Tədbirin aparıcısı Fidan Oruc Əliyeva açılış sözü üçün "İlhamlı Qələbələr" adlı layihənin rəhbəri Bəhruz Səmədova söz verib. B.Səmədov bu qələbə üçün başda cənab prezident İlham Əliyev olmaqla, bütün bu yolda əziyyəti olanlara təşəkkürünü bildirib.
 
Sonra tədbirin təşkilatçısı və baş sponsoru olan "Atlant" ailəvi istirahət mərkəzinin rəhbəri Tahir Qədəşov söz verilib. Tahir müəllim şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş edib. Bunun ardınca Dövlət Himni səslənib və tədbir açıq elan edilib.
 
T.Qədəşov 44 günlük zəfərdə cənab prezident İlham Əliyev böyük rolunun olduğunu vurğulayıb, Şəhidlərin bizə bəxş etdiyi bu Qələbə üçün sayğıyla yad edib, həmçinin bütün şəhid və qazi ailələrinə öz təşəkkürünü bildirib.
 
Eyni zamanda, söz bu tədbirdə böyük əziyyəti olan "SAF travel" şirkətinin rəhbərinə verilib. O da öz növbəsində, şəhid ailələrini salamlayıb və bu yolda onlara səbir və təmkinli olmağı arzu edib.
Daha sonra "PostNews" xəbər portalının baş redaktoru, tanınmış jurnalist Fuad Mədətova söz verilib. F.Mədətov həm layihənin təşkilatçılarına, həm də tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə və xüsusilə bu təşəbbüsü irəli sürən şəxslərə təşəkkürünü bildirib. O, bu tədbirin şəhid və qazi ailələri, xüusiylə onların azyaşlı övladları üçün əhəmiyyətindən danışıb, o cümlədən, uşaqlara qayğı və diqqətin önəmli olması və bu yolda onlara ən ali dəstəyin göstərilməsini alqışlayıb.
 
Ardınca söz "Zirvə TV"nin rəhbəri Əntiqə Quliyevaya verilib. Ə.Quliyeva çıxışı zamanı şəhid ailələrinə təskinlik verib və onlara möhkəm iradəli olmağı bildirib. Şəhid və qazi ailələri hər zaman diqqətə layiq şəkildə dəyərləndiriməsini, o cümlədən, onlara hər zaman hər mənada dəstək olmasını xüsusi vurğulayıb.
 
Şəhid ailələrinə söz verilib. Onlar öz növbəsində "Atlant" ailəvi istirahət mərkəzinə, "SAF travel" şirkətinə və "BrendSport.az" saytına bu tədbiri keçirdikləri üçün minnətdarlığını bildirib və onlara göstərilən qayğıdan danışıblar. Bu qayğı üçün dövlət başçısı cənab prezident İlham Əliyevə və Azərbaycanın l-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar gələcəkdə belə tədbirlərin çox olmağını arzu ediblər.
 
Tədbirin musiqili qonaqları "Azəri-Star" musiqi yarışmasının ilk qalibi Nigar Əhmədova və bəstəkar-müğənni Emil Elmanoğlu olublar. Onlar vətənpərvər ruhunda mahnılarını ifa ediblər. Onların ardınca müğənni Fidan Rəhimova da çıxış edib və müğənni səhnədə duyğulu anlar yaşayıb.
 
Qeyd edək ki, "İlhamlı Qələbələr" adlı festival davam edir.

Baxış sayı: 1680 | Tarix: 23.06.2022
Bizi Telegramda izləyin: @repostaz