Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin bu gün keçirilən plenar iclasını yarımçıq tərk edib.
 
RePost.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı məlumat verib:
 
“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onun ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”.
 
Milli Məclis isə "Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsini qəbul edib. Dəyişikliyə əsasən pesiya yaşı 60-dan 65-ə qaldırılıb.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz