Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan və erməni lobbilərinin ABŞ-ın Türkiyəyə F-16-ları satmağına qarşı çıxdığını bildirib.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
 
Çavuşoğlu əlavə edib ki, buna baxmayaraq, F-16-ların satışını dəstəkləyən lobbilər də var. Nazir hazırda bu istiqamətdə danışıqların davam etdiyini vurğulayaraq, bunun üçün Türkiyənin nümayəndə heyətinin Nyu-Yorkdan Vaşinqtona yola düşdüyünü qeyd edib.

Baxış sayı: 3922 | Tarix: 23.09.2022
Bizi Telegramda izləyin: @repostaz