Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.
 
Naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar. Hücum zamanı iki polis əməkdaşı yaralanıb.
 
Hazırda silahlıların axtarışı davam edir.
 
Türkiyənin Daxili İşlər Nazirliyi hücumun yerli vaxtla saat 23:00 radələrində baş verdiyini bildirib. Qeyd edilir ki, silahılar tərəfindən əraziyə partladıcı qurğu qoyulub. Bomba polis şöbəsindən kənarda partladılaraq zərərsizləşdirilib.

Baxış sayı: 3504 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz